Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Alman dilinin yazı qaydalarında islahat


Artıq Alman dilində böyük ẞhərfi var.

Belə ki, 2004-cü ildə alman dilinin yazı qaydaları şurası dil sahəsində qarşıdurmalara son qoymaq üçün işə başlayarkən əsl orfoqrafik müharibə hökm sürürdü. Bu müharibə ötüşsə də, şura yenə də bir neçə dəyişikliyi qəbul etdi.

Yazı qaydalarında mübahisəli islahatdan 21 il sonra rəsmi qaydalar toplusunda yenidən bir neçə dəyişiklik edildi. Artıq esset hərfi rəsmi olaraq baş hərf kimi də işlədilə bilər. Onun görünüşü bir qədər əvvəlki kiçik ẞhərfinə, bir qədər də böyük B hərfinə bənzəyir.

Bu islahat, hər şeydən əvvəl, pasport və sənədlərdə xüsusi adların düzgün yazılışı üçün əhəmiyyətlidir. İndiyə qədər, məsələn, Oẞner soyadını daşıyan insanlar belə bir problemlə üzləşirdilər: Sənəddə soyad böyük hərflərlə yazıldığı üçün "ẞ" hərfi əvəzinə iki "S" yazılırdı və insanın soyadının "Ossner", yoxsa "Oẞner" olduğu anlaşılmırdı. Yeni islahat sayəsində bu cür anlaşılmazlıqlara son qoyuldu.



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>